Kərtənkələ Obamadon
11 Dekabr 2012 Çərşənbə Axşamı 16:06
Heyvana ad axtaran alimlər ABŞ prezidentindən ilham alıblar.
ABŞ-da yeni kəşf edilən bir heyvana prezident Barak Obamanın adı verilib. Yale və Harvard Universitetlərinin elm adamları Montanada dinozavrlarla bir zamanda yaşayan və böcəklə qidalanan kərtənkələ növü tapıblar. Boyu 300 sm-dən kiçik olan və 65 milyon il öncə yaşadığı ehtimal edilən kərtənkələyə ad seçimində elm xadimləri prezidentdən ilham alıblar. Belə ki, kərtənkələnin bu növü "Obamadon" adlandırılıb.

Yale universitetinin mütəxəssisi Nikolas Lonqric bu ada hələ seçkidən öncə qərar verdiklərini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar