ANS PRESS-in məlumata görə, Dübay polisinin avtoparkına “Aston Martin One-77”, “Bentley Continental GT”, “Mercedes-Benz SLS AMG”, “Chevrolet Camaro SS”, “Ferrari FF” və “Lamborghini Aventador” kimi avtomobillər daxildir.
Yerli mətbuat yazır ki, bu bahalı avtomobilləri hüquq mühafizəçilərinə könüllü olaraq varlı şəhər sakinləri verib. Onların içində ən bahalısı və ən dəbdəbəlisi isə “Aston Martin One-77”dir. Bu avtomobilin sürəti saatda 354 kiilometrə çatır. Bu maşının dəyəri isə 1.8 milyon dollar qiymətləndirilir.

















Şərhlər