Cazibədar olduğuna görə işdən çıxarıldı
25 Dekabr 2012 Çərşənbə Axşamı 19:03
ABŞ-ın Ayova ştatında diş həkimi öz köməkçisindən imtina edib
ABŞ-ın Ayova ştatında diş həkimi öz köməkçisini işdən çıxarıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onun işdən azad edilməsinə səbəb cəlbedici olması olub.
Məhkəmə isə 53 yaşlı həkim Ceyms Naytın hüquqlarını müdafiə edib və bunu onun ailəsinin maraqlarını müdafiə etməsi ilə izah edib. 32 yaşlı Melissa Nelson diş texnikidir və 10 ildir Naytla birgə işləyirdi. O da işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət edib. O ərizəsində bildirib ki, bu illər ərzində öz müdiri ilə sevişməyib və heç vaxt onun ailəsini dağıtmaq niyyətində olmatıb.
C. Nayt isə dinləmələrdə etiraf edib ki, son zamanlar Melissaya qətiyyən fikir vermirdi. Baxmayaraq ki, axır vaxtlar o işə hətta dar geyimdə gəlirdi. Ancaq iş materiallarında qeyd olunur ki, onlar SMS yazışmalar aparırdılar. Bu da çox vaxt peşəkar mövzulara aid idi. Burada sevgiyə aid heç bir mövzu olmayıb.
Məlum olub ki, qadının işdən azad olunmasını diş həkiminin həyat yoldaşı xahiş edib. Həkim isə sadəcə həyat yoldaşının sözünə qulaq asıb.
DOSTLARINLA PAYLAŞ: