Bürclər nə vəd edir?
02 Fevral 2013 Şənbə 11:01
Astroloji proqnoz
Qoç
Bu ay həyatdan nə istədiyinizi anlayacaqsınız. Bu işdə sizə ailəniz kömək olacaq. Bir sıra ailə məsələlərində səhv olduğunuzu başa düşəcək və vəziyyəti düzəltməyə çalışacaqsınız. Daimi məşğulluq nəticəsində yaranan yuxusuzluq və əsəb gərginliyi özünü tezliklə göstərəcək.
Buğa
Cəsarətiniz yerinə yetməyən arzularınızı reallaşdırmağa kömək edəcək. Risk edin və ürəyinizin səsinə qulaq asın. Əks cinsin diqqətini cəlb edəcəksiniz. Bu ay işinizi başqalarına həvalə edəcəksiniz. Sağlamlığınız barədə indi düşünün, idmanla məşğul olun, immunitetinizi qaldırın.
Əkizlər
Bu ay sizə sakitlik gələcək. Anlayacaqsınız ki, yanınızdakı insan sizə o dərəcədə yaxındır ki, onunla ayrılmaq istəmirsiniz. İşə lazımi adamları cəlb etməklə istənilən çətinliyin öhdəsindən gələcəksiniz. Səfərlərə və görüşlərin təşkilatına xeyli pul xərcləyəcəksiniz. Ola bilsin bu ay yoqa öyrənməyə başlayacaqsınız.
Xərçəng
Bu ay həyatınıza çox bəyənəcəyiniz yenilik gələcək. Əgər bir yenilik olmasa, evdə təmir işlərinə başlayacaqsınız. Bu ay sizə ruhi sakitlik gətirəcək, daxili aləminizi başa düşəcək insanın axtarışına sərf edəcəksiniz. Soyuqdəymə və xroniki zökəm sizi narahat edəcək.
Şir
Qeyri-adi qərarlara və avantüralara hazır olun. Bunlar sizi ətrafdakılarn gözündə qaldıra bilər. Sizə elə gələcək ki, sizə lazım olan insanı tapmısınız və onun yanında özünüzü əla hiss edəcəksiniz. Xroniki xəstəliyiniz, bel və onurğa sümüyü ilə əlaqədar olan xəstəliyiniz ağırlaşacaq.
Qız
Pozitiv ay olacaq, hər işə yetişməlisiniz. Ancaq heç nə pozitiv əhvalınızı korlaya bilməyəcək. Sevgi münasibətlərinin inkişafı ilə çoxlu müsbət emosiya əldə edəcəksiniz. Ayı işləməklə keçirəcəksiniz, daimi qənaətinizin bəhrəsini görəcəksiniz. Fikirləşin ki, yemək üçün yaşamırsınız, yaşamaq üçün yeyirsiniz.
Tərəzi
Bu ay gücünüzə inanacaqsınız, uğur əldə etmək üçün bəzən kobud davranacaqsınız. Özünüzü çox gözəl hiss edəcəksiniz və bu da işdə romanın yaranmasına səbəb olacaq. Rəhbərlik sizə daim nəzarət edəcək. Heç nədən pul əldə edəcəksiniz. Təmiz havada çox olun, üzgüçülük və qaçışla məşğul olun.
Əqrəb
Bu ay həyatınıza yeni perspektivli tanışlıqlar gətirən səfərlər sizi gözləyir. Əks cinsə nə istədiyinizi açıq-açığına bildirəcəksiniz. Səmimiliyiniz bir çoxlarını qaçırdacaq və nəticədə yanınızda ən yaxşılar qalacaq. Bu ay vəkil və ya vəzifəli insanların axtarışına çıxa bilərsiniz. Sizə problem yaradan pis vərdişlərdən uzaq olmağı düşünəcəksiniz.
Oxatan
Ailə və məişət məsələlərilə məşğul olacaqsınız. Rəhbərliklə münasibətləriniz elə korlanacaq ki, ya sakitləşmək üçün məzuniyyət götürməlisiniz, ya da işdən çıxmalısınız. Yaxınlarınıza maddi kömək edəndən sonra özünüzə borc pul axtaracaqsınız. Problemlər sizi depressiyaya sala bilər.
Oğlaq
Xoşbəxtsiniz ki, ideyalarınız başqalarının da xoşuna gəlir, bu sizə özünəinam verir. Tənha Oğlaqlar ehtirasla intim görüşlərə və sevgi münasibətlərinə başlayacaqlar. İş yerində işgüzarlığınızla seçiləcəksiniz. Sağlamlığınızda problem olmayacaq.
Dolça
Bu ay özünüzdə yeni xüsusiyyətlər kəşf edəcəksiniz. Ürəyinizdə «bal ayı» yaşadığınzdan sevgilinizin bütün istəklərini yerinə yetirəcəksiniz. Özünüzü yaxşı tərəfdən göstərmək üçün uyğun aydır. Bu ay, həmçinin özünüzə bahalı hədiyyələr alacaqsınız. Bu ay immunitetiniz zəif, ürək-damar xəstəlikləriniz aktiv olacaq.
Balıqlar
Pulsuzluqdan can qurtarmaq üçün bu ay sevgi macəralarından uzaq olacaq və biznesinizi inkişaf etdirəcəksiniz. Partnyorunuzun köməyinə və dəstəyinə ehtiyacınız olacaq. Maddi vəziyyətiniz yaxşılaşdığından bazar günləri və işdən sonra da işləməyə həvəsiniz olacaq. İdmanla məşğul olun, fitnes-zala yazılın.
DOSTLARINLA PAYLAŞ: