Hadisə

Zooparkda faciə: fil təlimçini əzdi

3,6 tonluq fil təlimçini divara sıxaraq öldürüb.

· Xəbərçi
Zooparkda faciə: fil təlimçini əzdi
Amerikanın Tenessi ştatındakı Noksvill şəhərinin zooparkında 3,6 tonluq fil təlimçi qadını öldürüb. Faciə cümə günü axşam baş verib. İstirahət günləri fillər olan pavilyon ziyarətçilər üçün bağlı elan edilib.

Zoopark əməkdaşlarının sözlərinə görə, fil 33 yaşlı Stefani Ceymsi divara sıxaraq əzib. Təlimçi qadın Edi adlı 26 yaşlı filə gündəlik məşğələ keçirmiş. Stefani Ceyms daxili orqanlarının çoxsaylı xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Zooparkın əməkdaşları bildiriblər ki, əvvəllər Edi insanlara qarşı təcavüzkarlıq nümayiş etdirməyib. Hazırda mütəxəssislər faciənin səbəblərini müəyyənləşdirməyə çalışırlar. Amma bütün hallarda zoopark rəhbərliyi tanış adamı öldürməyəcəyinə əmin olduğu fili cəzalandırmayacaq. ANSPRESS

Şərhlər