Zaqatalada polis kapitanı bıçaqlandı
11 Mart 2014 Çərşənbə Axşamı 21:33
Polis kapitanı çox saylı bıçaq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Zaqatalada polis kapitanı bıçaqlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, axşam saat 20.00 radələrində naməlum şəxs və ya şəxslər tərəfindən Zeynalov Anar İsa oğluna çoxsaylı bıçaq zərbələri endirilib.
Polis kapitanı çox saylı bıçaq xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Polis zabitinin çoxlu qan itirdiyi bildirilib. O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır.
Hadisəyə səbəb kimi kimliyi məlum olmayan şəxsin yoldan keçən bir qıza söz atmasına polis zabitinin müdaxilə etməsi və onunla mübahisə etməsi olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Hadisəni törədən şəxsin kimliyinin hüquq-mühafizə orqanlarına məlum olduğu və onun tutulması üçün əməliyyat tədbirlərinin görüldüyü bildirilir.
DOSTLARINLA PAYLAŞ: