Hadisə

Yük qatarında yanğın olub

Hadisə Hacıqabul rayonu ərazisində baş verib.

· Xəbərçi
Yük qatarında yanğın olub
Ötən gün axşam saatlarında Hacıqabul rayonu ərazisində neft daşıyan yük qatarında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstan Respublikasından Səngəçal Neft Terminalı istiqaməti ilə hərəkət edən neft çənləri daşıyan yük qatarının elektrovozunun kabinə hissəsi və mühərriki yanıb.

Yanğından neft çənləri mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər