Hadisə

Yük qatarı avtomobillə toqquşdu

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

· Xəbərçi
Yük qatarı avtomobillə toqquşdu
Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi verib.

Bakı şəhər sakini, 42 yaşlı Murad Paşayevin idarə etdiyi yük qatarı Xaçmaz rayonu Mançaroba kənd sakini, 38 yaşlı Ağamirzəyev Vəlirza Canmirzə oğlunun idarə etdiyi "VAZ 2105" markalı minik maşının dəmiryolu keçidində vurub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Minik maşınının sürücüsü Vəlirza Ağamirzəyev və sərnişini, 32 yaşlı Xaçmaz rayonu, Uzunoba kənd sakini Hacıyev Elşad Hacıxan oğlu müxtəlif bədən xəsarəti alıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər