Hadisə

Yevlaxda Mersedes körpünün üstündən aşdı

ANS PRESS -in bölgə müxbirinin verdiyi məlumata görə, "Mersedes" markalı avtomobil körpünün üstündən aşıb.

· Xəbərçi
Yevlaxda Mersedes körpünün üstündən aşdı
Yevlaxda qəza baş verib. ANS PRESS -in bölgə müxbirinin verdiyi məlumata görə, "Mersedes" markalı avtomobil körpünün üstündən aşıb.

Belə ki, ötmə əməliyyatını düzgün yerinə yetirməyən "Mersedes"in sürücüsü idarəetməni itirib və onu aşırıb. Bu zaman arxadan gələn "VAZ 21011" markalı minik avtomobili "Mersedes"ə çırpılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb. Hadisə Yevlax şəhərində, Kür çayının üzərində salınan körpünün üstündə baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər