Hadisə

Yevlax sakininin evi də yandı, özü də

Yanğının hansı səbəbdən baş verməsi bilinmir

· Xəbərçi
Yevlax sakininin evi də yandı, özü də
Yevlaxda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonda ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.

Hadisə zamanı evdə olan 1 nəfər yanıq xəsarəti alaraq, xəstəxanaya aparılıb.

Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Şərhlər