Hadisə

Yevlax sakini özünü güllələyib

Hadisə bu gecə baş verib

· Xəbərçi
Yevlax sakini özünü güllələyib
Yevlax rayonunda intihar hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Quşçu kəndində qeydə alınıb. Belə ki, bu gün saat 00.50 radələrində kənd sakini Şahmar Abdullayev evində ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Yevlax RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Şərhlər