Hadisə

Yəməndə toqquşma olub

Çoxlu sayda insan yaralanıb

· Xəbərçi
Yəməndə toqquşma olub
Yəmənin qərbindəki Əl-Hudayda liman şəhərində etiraz aksiyası keçirilib.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Azı 120 nəfər xəsarət alıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Aksiya iştirakçıları 32 ildir Yəmənə başçılıq edən prezident Əli Abdulla Salehin istefasını tələb edirlər. Artıq iki aydır davam edən etiraz aksiyalarında baş vermiş toqquşmalarda 40-dək insan ölüb.

Şərhlər