Yataqxanadakı yanğınla bağlı 6 nəfər təcili yardıma müraciət edib
01 Avqust 2012 Çərşənbə 15:33
Müraciətlər əsəb gərginliyi və təzyiqlə bağlı olub.
Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğın hadisəsi ilə əlaqədar 6 nəfər təcili yardıma müraciət edib. Bu barədə məlumatı ANS PRESS-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova verib. Müraciətlər əsəb gərginliyi və təzyiqin qalxması ilə bağlı olub. "Xəstələrə tibbi yardım göstərilib və onların vəziyyətləri yaxşılaşıb. Yanğın nəticəsində xəsarət alan və xəstəxanaya yerləşdiirlən olmayıb".
Böyük həkim hadisə yerində işləyən 4 təcili yardım briqadasından 3-nün qayıtdığını, birinin isə yanğın tam söndürülənə kimi hadisə yerində olacağını deyib.

Qeyd edək ki, yanğın saat 13.00 radələrində Binəqədi rayonunun Dərnəgül qəsəbəsində yerləşən 5 mərtəbəli yataqxanada başlayıb.

Əraziyə gələn yanğınsöndürmə briqadaları yataqxanadakı sakinlərin hamısını evakuasiya ediblər. Hadisə yerinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar