Hadisə

Yasamalda partlayan evin sakini olan qadın öldü

1971-ci il təvəllüdlü qadın xəstəxanada dünyasını dəyişib.

· Xəbərçi
Yasamalda partlayan evin sakini olan qadın öldü
Ötən gün Bakı şəhərinin Yasamal rayonu ərazisində partlayış baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında partlayış baş verib.

Nəticədə evdə yanğın olub. Yanğın saat 13:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Ev sakini 1971-ci il təvəllüdlü Səadət Mahir qızı İsgəndərova isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.

Şərhlər