Yasamalda bıçaqlanma hadisəsi baş verib
28 Fevral 2011 Bazar Ertəsi 03:21
Naməlum şəraitdə bıçaqlanan şəhər sakini ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Tbilisi prospekti 31/66 ünvanı məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan 1976-cı il təvəllüdlü Akif Mehdiyev naməlum şəraitdə bıçaqlanaraq ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Əli Səmədov yaralıda döş qəfəsinin arxa səthində, 3 – 4-cü qabırğaların arasında kəsilmiş deşilmiş yara aşkarlandığını, müalicənin cərrahiyyə şöbəsində davam etdyini bildirib.
Hadisədən sonra əraziyə Yasamal rayon polis idarəsi və 29-cu polis bölməsinin əməkdaşları cəlb olunub. Bölmədən verilən məlumata görə Akif Mehdiyevi bıçaqlayan şəxsin axtarışları davam etdirilir.
Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: