Yasamal sakini bacısı tərəfindən bıçaqlanıb
06 Sentyabr 2011 Çərşənbə Axşamı 06:23
Zərərçəkmiş hadisənin ehtiyyatsızlıq nəticəsində baş verdiyini deyib
Ötən gecə Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Murtuza Muxtarov küçəsi 105 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 41 yaşlı Paşayev İlham Aysəddin oğlu döş qəfəsinin sağ tərəfinin kəsilmiş-deşilmiş yarası ilə 1 saylı xəstəxanaya gətirilib. Yaralı xəstəxanaya daxil olan zaman xeyli qan itirdiyindən dərhal əməliyyat otağına alınıb və üzərində cərrahi əməliyyat aparılıb.

Həkim-Cərrah Adil Məmmədov yaralının vəziyyətinin stabil olduğunu, onun reanimasiya şöbəsində olduğunu bildirib.

Faktla bağlı araşdırmalara başlayan Yasamal rayon polis idarəsinin əməkdaşları hadisəsinin təfərrüatlarını, onun hansı şəraitdə baş verməsini öyrənməyə çalışır.

Qeyd edək ki, yaralı İlham Paşayev öz evində bacısı ilə etdiyi mübahisə zamanı ehtiyatsızlıq nəticəsində bıçaq yarası aldığını cərahi əməliyyat zamanı həkimlərə bildirib.

Cinayət işinin istintaqını aparan Yasamal rayon polis idarəsinin müstəntiqi Erol Əliyev isə hadisəyə görə heç kimin saxlanılmadığını bildirib. Faktla bağlı isə artıq Yasamal rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin 126-cı, qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar