Yasamal rayonunda restoranda yanğın baş verib
14 May 2014 Çərşənbə 06:55
Yasamal rayonunda yerləşən restoranların birinə yanğın baş verib.
Gecə Bakının Yasamal rayonunda yerləşən restoranların birinə yanğın baş verib. Hadisə, Parlament prospekti, 70 ünvanında qeydə alınıb. Yanğın çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoran tipli obyektin mətbəxindəki hava tiəmizləyicisində yaranan nasazlıq nəticəsində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin Yasamal rayon hissəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yaranan tüstü binadakı yaşayış mənzillərinə də dolub. Bu səbəbdən yanğının baş verdiyi binada yaşayan sakinlər təhlükəsizlik tədbirləri nəzərə alınaraq təxliyyə edilib. Alovun qarşısı isə vaxtında alındığından yanğının mənzillərə keçməsinə imkan verilməyib.

İlkin məlumata görə, yanğın ümumi sahəsi 250 kv.m. Olan restoranın təxminən 10 kv.m sahəsini əhatə edib. Yanğınsöndürənlər restoranın qalan hissəsini yanğından mühafizə edə biliblər. Artıq yanğının baş vermə səbəblərini müəyyən etmək üçün müvafiq araşdırmalara başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar