Hadisə

Yardımlı rayonunda ildırım kişini vurdu

Yardımlı rayonunda faciəvi hadisə baş verib. İldırım vuran kişi xəstəxanada ölüb.

· Xəbərçi
Yardımlı rayonunda ildırım kişini vurdu
Yardımlı rayonunda faciəvi hadisə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon sakini ildırım vurmasından ölüb.

Hadisə iyulun 13-də Yardımlı rayonu Yolacaq kəndinin otlaq sahəsində baş verib. Ağır yaralanan kənd sakini Fərid Sarıxanov xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər