Yaponiyanın milyon çox sakininə evakuasiya ilə bağlı xəbərarlıq edilib
21 Sentyabr 2011 Çərşənbə 04:07
“Roke” tayfununun ölkədə bu gün ciddi fəsadlar törədə biləcəyi gözlənilir
Yaponiyanın cənub-qərbində milyondan artıq adama yaxınlaşan “Roke” tayfunu ilə əlaqədar daşqın və sürüşmə təhlükəsi üzündən evakuasiyanın vacibliyi ilə bağlı xəbərdarlıq edilib. Bu barədə məlumatı Ayti prefekturasının hökuməti verib.
Honsyu adasının cənub-qərb şissəsində yerli sakinlərin evakuasiyasına başlanılıb. 400 mindən çox adam Tenpaku və Syonay çaylarının yaxınlığındakı əraziləri tərk edir.
Bu arada isə Ayti prefekturasının bəzi şəhərlərində küçələrdə suyun səviyyəsi 50 santimetrə çatıb. Əksər yeraltı ticarət mərkəzlərini su basıb, insanlar sal və qayıqlar vasitəsilə hərəkət edirlər.
Miyadzaki prefekturasında da çətin vəziyyət yaranıb. Güclü yağışlar Vakayama prefekturasında da daşqınlara səbəb olub. Orada bəndlərin dağılması və daha ciddi daşqınlar təhlükəsi var.
Tayfun bölgəsində küləyin sürəti saniyədə 50 metrə çatıb. “Roke”nin Yaponiya ərazisini sentyabrın 21-də əhatə edəcəyi gözlənilir. Sinoptiklərin proqnozlarına görə, tayfun günorta saatlarında paytaxt Tokioya çatacaq.
Qeyd edək ki, sentyabrın əvvəlində “Talas” tayfunu nəticəsində Yaponiyada 63 nəfər ölmüş, 40 nəfər itkin düşmüşdü.
DOSTLARINLA PAYLAŞ: