Yaponiyanın baş naziri istefa verib
26 Avqust 2011 Cümə 10:40
Yaponiyanın baş naziri istefa verib


Bakı – APA. Yaponiyanın baş naziri Naoto Kan hakim Demokrat Partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, N. Kan partiyaya yeni rəhbər seçildikdən sonra baş nazir vəzifəsini tərk edəcək. Partiyada seçki avqustun 29-na təyin olunub.

Yaponiya parlamenti yeni baş naziri avqustun 30-da təsdiqləyəcək. Bu vəzifəyə əsas namizədlər maliyyə naziri Yosixoko Nodu və keçmiş xarici işlər naziri Seydzi Maexaru sayılır.

N. Kan ölkədə baş vermiş dağıdıcı zəlzələ və sunaminin aradan qaldırılması işinə görə ölkədə tənqid edilirdi. O, fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra istefaya gedəcəyini açıqlamışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar