Yaponiyada yeni zəlzələlər dalğası
12 Mart 2011 Şənbə 14:01
Silsilə təkanlar ölkənin şərq sahillərində qeydə alınıb
Bu gün Yaponiyada yeni yeraltı təkanlar baş verib. 5-6,8 bal gücündə olan 30-a yaxın silsilə təkanlar şənbə günü qeydə alınıb. ABŞ Geologiya xidmətinin məlumatına görə, zəlzələ ölkənin şərq sahillərində qeydə alınıb.

Xatırladaq ki, ötən gün Yaponiyada baş verən 8.9 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 1300 nəfəri ötüb. Bu barədə məlumatı ölkənin Baş Polis İdarəsi yayıb.Yaponiya hökuməti isə indiyə kimi 573 nəfərin ölməsi faktını təsdiq edib və onların rəsmi məlumatına əsasən 740 nəfər itkin düşüb.

Ölkənin şimal-şərqindəki yaşayış məntəqələrində yaşayan əhalinin əksər hissəsi sunami və torpaq sürüşməsinin təsirinə məruz qalıb. Bu gün səhər Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyasında güclü partlayış baş verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar