Yaponiyada ən yüksək radiasiya səviyyəsi elan olunub
12 Aprel 2011 Çərşənbə Axşamı 10:09
Radiasiya səviyyəsi Çernobıl faciəsinin 10 faizini təşkil edir
Yaponiyada martın 11-də baş vermiş təbii fəlakətdən sonra qəzalı vəziyyətə düşən Fukusima atom-elektrik stansiyasında radiasiya təhlükəsi beşdən yeddinci səviyyəyə artırılıb. Yaponiyanın Nüvə Təhlükəsizliyi Komissiyasının rəsmisi bu barədə məlumat verib. Bu, beynəlxalq ekpertlərin 1989-cu ildə tərtib etdiyi beynəlxalq şkalada ən yüksək səviyyə hesab olunur. Bu qərara əsas verən səbəblərdən biri atmosferə yayılan radioaktiv hissəciklərin ümumi həcmi ilə bağlıdır. Fukusima AES-dən sızan radiasiya səviyyəsinin Çernobıl faciəsi zamanı ətrafa yayılan radiasiyanın 10 faizini təşkil etdiyi bildirilir.

Nüvə kompleksində bərpa işləri isə davam etdirilir. Reaktorlardan biri yaxınlığında kiçik yanğın olsa da, tez bir zamanda söndürülüb. Ancaq yanğına bu səhər Tokyoda Rixter şkalası üzrə 6.3 bal gücündə baş vermiş yeni yeraltı təkanın səbəb olub-olmadığı məlum deyil.

Ötən gün baş vermiş yeraltı təkan isə ehtiyyat nasoslara gedən elektrik enerjisinin qısa müddətə kəsilməsinə səbəb olub. Bunun nəticəsində nüvə rektorlarının soyutma sistemlərinin bərpası prosesi 50 dəqiqə dayanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar