Yanacaqdoldurma məntəqəsində hadisə
16 Fevral 2011 Çərşənbə 11:33
O, xəstəxanaya yerləşdirilib
Bakıda yanacaqdoldurma məntəqəsində bir qrup şəxslə məntəqənin əməkdaşları arasında dava düşüb.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə fevralın 15-də saat 20:45 radələrində Sabunçu rayonu ərazisində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsində baş verib.

Dava zamanı yanacaqdoldurma məntəqəsinin növbə rəisi olan Pirşağı qəsəbə sakini 24 yaşlı Orxan Hacıyev bıçaqlanıb. Yaralı 3 saylı klinik xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, O.Hacıyev kürək nahiyəsindən xəsarət alıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

İşin istintaqını aparan müstəntiq Nizami Mustafayev bildirib ki, hadisənin dəqiq səbəbləri məlum deyil. Hələlik saxlanılan yoxdur, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar