“Yak-42” təyyarəsinin qəzaya uğramasının ilkin səbəbləri açıqlandı
08 Sentyabr 2011 Cümə Axşamı 02:18
Qəzaya təyyarənin üç mühərrikindən birinin nasazlığının səbəb olduğu ehtimal edilir
Rusiyanın Yaroslavl şəhərinin yaxınlığında “Yak-42” təyyarəsinin qəzaya uğramasına üç mühərrikdən birinin nasazlığı səbəb olub. “İnterfaks” agentliyinin məlumatına görə, bunu aviasiya dairələrindəki mənbə bildirib. ““Yak-Servis” hava yolları şirkətinin təyyarəsinin “Tunoşna” hava limanında qəzaya uğraması mühərriklərdən birinin nasazlığı və ya sıradan çıxmasının nəticəsi ola bilər”, - mənbə deyib.

Onun sözlərinə görə, “Yak-42” təyyarələrinin texniki xarakteristikası onu uçuş zamanı iki mühərriklə havada saxlamağa, hətta, eniş etməyə imkan verir. Lakin iki mühərriklə təyyarənin havaya qalxması mümkün deyil.

“Bu versiyanı şahidlərin ifadələri bilavasitə təsdiqləyir. Onlar görüblər ki, təyyarə uzun müddət yerdən ayrıla bilməyib, ayrıldıqdan sonra isə yüksəkliyiə qalxa bilməyib”, - mənbə bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar