“Bu yürüşü 1992-ci ildə qətliam törədən ermənilərə etiraz etmək üçün həyata keçirirəm. Türklər heç bir vaxt insanları qətlə yetirməyib, ermənilər yetirib. Bunu dünyaya eşitdirmək üçün 2 800 km yol qət edəcəyəm. Hər gün maksimum 35 km gedə bilirəm. Təhlükəsizlik səbəbilə gecələri yürüşə davam etmirəm və çatdığım yerdə gecələyirəm. İnşallah 2 ay sonra məqsədimə çatacağam. Bu asan olmayan, amma haqlı bir yürüşdür və mənim üçün yorucu deyil. Azərbaycan şəhidlərinin xatirəsini hörmətlə yad edirəm. Ermənilər torpaqlarımızı tərk etsin və getsin. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.
Yürüşdən əvvəl işlədiyini deyən Bayramlı işdən çıxdığını, yol boyu insanların ona dəstək verəcəyinə ümid etdiyini bildirib.







Şərhlər