Abşeron rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə martın 17-də Xırdalan şəhərinin ərazisində "Rahat" MTK tərəfindən inşa olunan binada baş verib. Orada fəhlə işləyən şəhər sakini Nizami Eyvazov binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Xırdalanda fəhlə 5-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə "Rahat" MTK tərəfindən inşa olunan binada baş verib




Şərhlər