Hadisə

Xırdalan sakininin üstünə su çəni düşdü

62 yaşlı Xırdalan sakini çənin ağırlığına dözməyərək ölüb.

· Xəbərçi
Xırdalan sakininin üstünə su çəni düşdü
Xırdalan şəhərində bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə ayın 23-ü saat 03.00 radələrində baş verib.

Xırdalan sakini 62 yaşlı Ağabəy Hüseyn oğlu Talıbov yaşadığı evin həyətində iş görərkən üzərinə su çəni düşüb. Çənin ağırlığına dözməyən A.Talıbov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər