Xəzər dənizində yük gəmisində yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Xətai rayonunda “AZEKO” Azərbaycan-Amerika Birgə Müəssisəsinə məxsus 1912-ci ildə inşa olunmuş, hazırda kəsilməkdə olan “Volqa” yük tankerinin içərisində 200 kv.m sahədə mazut qalıqları yanıb.
Tankerin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:23-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəzərdə yük tankeri yanıb
Yanğınsöndürənlər tankerin bir hissəsini mühafizə edə biliblər.




Şərhlər