Hadisə

Xəzərdə ötən gün iki nəfər dənizdə batıb

Batan şəxslərin axtarışları üzrə əməliyyat davam etdirilir.

· Xəbərçi
Xəzərdə ötən gün iki nəfər dənizdə batıb
Azərbaycanda daha 2 nəfər dənizdə batıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər dənizinin Abşeron rayonu ərazisində (Novxanı sularda xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə) və Xəzər rayonu, Şüvəlan sahilində 2 nəfər çimərkən batıb. Hadisə yerinə FHN-in dalğıc-xilasediciləri cəlb olunublar. Hazırda qeyd olunan şəxslərin axtarışları üzrə əməliyyat davam etdirilir.

Bundan başqa, ötən gün, günün müxtəlif saatlarında Xəzər dənizinin nəzarət olunan Pirşağı, Sahil-1, Zuğulba-3 və Buzovna məntəqələri ərazilərində batmaq təhlükəsi ilə üzləşən 6 nəfər FHN-in dalğıc xilasediciləri tərəfindən xilas olunub.

Şərhlər