Hadisə

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

FHN xilasediciləri Xəzər, Sabunçu, Abşeron və Astara rayonlarında əməliyyat keçiriblər

· Xəbərçi
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub
Dənizində batmaq təhlükəsi ilə üzləşmiş 7 nəfər xilas olunub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Xəzər və Sabunçu rayonlarında, habelə Abşeron və Astara rayonlarında dənizdə (4 halda sularda xilasetmə məntəqəsinin ərazisində, 1 halda nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 7 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Şərhlər