Hadisə

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildi

Dənizdə batma hadisələri Bakının Xəzər və Suraxanı rayonlarında baş verib.

· Xəbərçi
Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildi
Dünən Bakıda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dənizdə batma hadisələri Bakının Xəzər və Suraxanı rayonlarında baş verib.

Günün müxtəlif saatlarında Xəzər və Suraxanı rayonlarında dənizdə (sularda xilasetmə məntəqələrinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Şərhlər