Hadisə

Xəzərdə batan balıqçının meyiti tapılıb

Ricat Əliyevin cəsədi batdığı ərazidən təxminən 500 metr aralıda tapılıb.

· Xəbərçi
Xəzərdə batan balıqçının meyiti tapılıb
Xəzərin Azərbaycan sektorunda batan balıqçının meyiti tapılıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 6-da Bakı şəhəri, Xəzər rayonunda 1989-cu il təvəllüdlü Ricat Ağalar oğlu Əliyev balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxıb və batıb. Bu gün aparılmış axtarış-xilasetmə əməliyyatı nəticəsində onun cəsədi batdığı ərazidən təxminən 500 metr aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Şərhlər