Hadisə

“Kamaz” yeni salınmış parka aşıb

Hadisəyə səbəb kimi avtomobilin əyləc sistimdə meydana gələn nasazlıq göstərilir

· Xəbərçi
“Kamaz” yeni salınmış parka aşıb
Xətai rayonu ərazisində, Zığ yolunda gecənin növbəti yol-nəqliyyat qəzası qeydə alınıb. Gəncə prospektiylə gələn “Kamaz” markalı yük maşını Zığ şosesinə dönmək istəyərkən aşıb. Qeyd edək ki, yük maşını mişar daşlarıyla yüklənmiş vəziyyətdə olub. “Kamaz”ın sürücüsü Bəhlul Nurəhmədov qəzanın əyləc sistemin sıradan çıxmasına görə baş verdiyini bildirdi.

Qəza nəticəsində sürücüylə yanaşı avtomobilin aşdığı parka da ziyan dəyib. Qeyd ədk ki, bir neçə gün bundan əvvəl bu parkın açılışı olmuşdu. Baş vermiş faktla əlaqədar Xətai rayon yol polisi idarəsiylə yanaşı Xətai rayon icra hakimiyyətində də təhqiqatlar aparılır. Parka dəyən ziyanın həcmi aydınlaşdırılır.

Şərhlər