Hadisə

Xəstəxananın tualetində qumbara

Kanalzasiya borusundan çıxarılan qumbara polis tərəfindən zərərsizləşdirilib

· Xəbərçi
Xəstəxananın tualetində qumbara
Türkiyə Şırnak vilayətindəki mərkəzi xəstəxananın tualetində qumbara şakarlanıb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, meydana gələn nasazlıq səbəbilə təmirə başlayan santexniklər tualetə aid kanalzasiya borusundan qumbara tapıb. Dərhal hadisə yerinə çağırılan polis idarəsi partlayıcı qurğu mütəxəssisləri qumbaranı zərərsizləşdirib. Faktla bağlı araşdırmalar davam edir.

Şərhlər