Hadisə

Xərçəng olduğunu bilən 90 yaşlı kişi özünü asdı

Onun ağciyərində bu günlərdə xərçəng xəstəliyi aşkarlanıbmış

· Xəbərçi
Xərçəng olduğunu bilən 90 yaşlı kişi özünü asdı
Bakının Yasamal rayonunda qoca kişi özünə qəsd edib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Şərifzadə küçəsi 182 ünvanında yaşayan 90 yaşlı Sultan Hacıyev özünü asıb. Mərhumun meyiti dekabrın 15-də saat 19:00 radələrində eyvanda iplə asılmış vəziyyətdə tapılıb. Onun ağciyərində bu günlərdə xərçəng xəstəliyi aşkarlanıbmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər