Xalq artisti Ağasəlim Abdullayevin ailəsi və nəvəsi qəzada həlak oldular
15 Mart 2014 Şənbə 07:52
Xalq artisti Ağasəlim Abdullayevin ailəsi və nəvəsi qəzada həlak oldular. İlkin ehtimala görə, qəzaya “Mercedes Galendewagen”in sürücüsünün sərxoş olması səbəb olub.
Bu gecə Bakının Suraxanı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Zığ yolu şösesində qeydə alınan hadisə zamanı iki minik avtomobili toqquşub. Hava limanı istimətində hərəkətdə olan “Mercedes Galendewagen” maraklı minik maşını idarəetmədən çıxaraq “VAZ 2106” maraklı minik maşınan çırpılıb. Zərbə o qədər güclü olub ki, “Jiquli” deforasiyaya uğrayaraq tanınmaz hala düşüb.

“Jiquli” ilə toqquşmadan sonra “Mercedes” 300 metr məsafə qət edib və dəmir arakəsmələrə çırpıldıqdan sonra əlavə 200 metr məsafə gedib və yolun ortasına aşıb.

Nəticədə “VAZ 2106”-da olan orta yaşlı xanım hadisə yerində, 3 yaşlı uşaq isə xəstəxanaya aparılarkən yolda dünayasını dəyişib. Qəza zamanı iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar maşında olan sərnişinlər 64 yaşlı Ağasəlim Abdullayev və 30 yaşlı Səadət Abdullayevadır.

Qeyd edək ki, bu, Azərbaycanın mahir tar ifasçısı, xalq artisti Ağasəlim Abdullayevdir. Avtoqəzada dünyasını dəyişən xanım onun həyat yoldaşı, azyaşlı isə nəvəsi olub.

Qəza yerinə Suraxanı rayon polis idarəsi əməkdaşları və Fövqəladı Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, qəzanı törədən “Mercedes”in həddən artıq sərxoş olub.

Faktla bağlı cinayət işi başlanılıb. Qəzaya səbəb kimi ilkin olaraq mersedesin sürət həddini aşması göstərilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar