Hadisə

Xadimə işlədiyi mənzili soydu

Samirə Ələkbərova 1300 dollar oğurlamaqda ittiham olunur

· Xəbərçi
Xadimə işlədiyi mənzili soydu
Bakı şəhəri, S.Rəhman küçəsində yerləşən mənzildə oğurluq hadisəsi baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə daxil olan məlumata görə, Bakı sakini Ehtiram Əliyevin mənzilindən 1300 ABŞ dolları oğurlanıb. Hadisə yanvarın 31-də baş verib.

Oğurluqda təqsirli bilinən şəxs, zərərçəkmişin evində xadimə işləmiş Samirə Ələkbərova olub. S.Ələkbərova Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən fevralın 2-də tutulub.

Faktla bağlı araşdırma aparılıb. ANSPRESS

Şərhlər