Bu gün səhər saatlarında Xaçmazdan Bakıya gedən sərnişin avtobusu qəzaya uğrayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, “Hyundai” markalı mikroavtobus Qəndob-Yalama yolunda aşıb.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının şöbə müdiri Ağayar Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan 7 nəfəri qəbul ediblər. Onlara ilkin tibbi yardım göstərilib.
Aşan avtobusun sürücüsü İlyas Tahirovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, avtobusun aşmasına havanın yağışlı, yolun nəm və çınqıllı olması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Xaçmazdan Bakıya gələn sərnişin avtobusu aşıb
Hadisə bu gün səhər saatlarında Qəndob-Yalama yolunda baş verib.




Şərhlər