Xaçmazda «Mercedes»lə teplovoz toqquşub
11 Avqust 2009 Çərşənbə Axşamı 12:25
Nəticədə Mercedes avtomobil əzilib, sürücü isə yüngül yaralanıb

Bu gecə Xaçmazda dəmiryol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbər görə, Azərbaycan Dəmiryolunun 2474-cü kilometrliyində, Xaçmazın Xudat şəhəri ərazisində «Mercedes» markalı avtomaşınla dəmiryol stansiyasına məxsus teplovoz toqquşub. Nəticədə avtomobil əzilib, sürücü isə yüngül yaralanıb.

Müstəntiq Elxan Allahverdiyevin verdiyi məlumata görə, hadisəyə ilkin versiya kimi ehtiyatsızlığın səbəb olduğu ehtimal edilir. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizadan sonra məlum olacaq.

«Mercedes»in sürücüsü, 41 yaşlı Bakının Binəqədi rayon sakini Vüqar Məlikov isə bildirib ki, o, maşınla yolu keçərkən dəmiryolu keçidi açıq idi və şlaqbaum endirilməmişdi. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar