Hadisə

Xaçmazda baş verən qəzada cərrah öldü

Qəndob-Yalama yolunun 26-cı kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib

· Xəbərçi
Xaçmazda baş verən qəzada cərrah öldü
Bu gün səhər saat 07:30 radələrində ölümlə nəticələnə yol qəzası baş verib. Baş Dövlət Yol Polisi idarəsinin müstəntiqi Elşən Mürsəliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Qəndob-Yalama yolunun 26-cı kilometrliyində baş verib.

Belə ki, 1959-cu il təvəllüdlü Cahangir Kəmaləddin oğlu Hüseynov “Niva” markalı avtomobili idarə edərkən 1949-cu il təvəllüdlü Vaqif Qəhrəman oğlu Qəhrəmanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Cahangir Hüseynov ikinci dərəcəli yoldan əsas yola keçərkən “Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Qəza nəticəsində Cahangir Hüseynov yerindəcə ölüb.

Qəza nəticəsində ölən Cahangir Hüseynov Xaçmaz rayonunun cərrahıdır. Faktla bağlı araşdırma aparılır.

Şərhlər