Hadisə

Xaçmazda avtomobil aşıb, xəsarət alan var

Xaçmaz rayonunun Tel kəndində, Nabran-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.

· Xəbərçi
Xaçmazda avtomobil aşıb, xəsarət alan var
 APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə avqustun 9-u, gecə saatlarında qeydə alınıb. Yalama kəndi istiqamətində hərəkət edən, Tel kənd sakini, 22 yaşlı Ayaz Balabəyovun idarə etdiyi 47 BA 002 dövlət nömrə nişanlı, “VAZ 21 06” markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Tibbi yardımdan sonra o, ambulator qaydada müalicəyə buraxılıb.
Qəza zamanı Ayaz Balabəyov avtomobildə tək olub. Nəqliyyat vasitəsi də tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər