Hadisə

“VAZ-2107” aşdı, ər-arvad öldü

Hadisə Ağsuda baş verib

· Xəbərçi
“VAZ-2107” aşdı, ər-arvad öldü
Ötən gecə Ağsu rayonunun Bico kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini 63 yaşlı Şərafəddin Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü və maşında olan sərnişin, onun həyat yoldaşı Tubinisə Hüseynova aldıqları xəsarətdən hadisə yerində keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər