Hadisə

Universitet dosentinin bağ evində intihar

Şirayət Kərimov özünü hamam otağında asaraq öldürüb

· Xəbərçi
Universitet dosentinin bağ evində intihar
Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Dübəndidəki bağ evlərindən birində ayın 18-nə keçən gecə qeydə alınıb.

32 yaşlı Şirayət Kərim oğlu Kərimov özünü hamam otağında asaraq öldürüb. Hadisənin hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Hadisənin baş verdiyi bağ evinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Nüsrəddin Əliyevə məxsus olduğu, Ş.Kərimovun isə orada usta işlədiyi bildirilir.

Şərhlər