Ukraynada 15 min əsgər yeməksiz qalıb
08 Fevral 2011 Çərşənbə Axşamı 23:30
Ölkənin Müdafiə Nazirliyi hərbçilərin qida təminatı üçün pul ayırmır
Ukrayna əsgərlərinin qida ilə təmin edən “İvala” şirkəti ölkənin Müdafiə Nazirliyi ilə işləməkdən imtina edib. “UNİAN”ın yazdığına görə, şirkətin narazılığına səbəb Müdafiə Nazirliyinin müəssisəyə borcu olub.

Şirkət nümayəndəsinin sözlərinə görə, borcun məbləği hələ yanvarın əvvəlindən təxminən 7,5 milyon dollar olsa da, nazirlik heç bir ödəniş etməyə tələsmir. Şirkətdən həmçinin bildirilib ki, nazirliklə əməkdaşlıq hansısa imzalanmış müqaviləyə əsasən deyil, müdafiə naziri Mixail Yejelyanın “kişi sözü”nə görə baş tutubmuş. Məmurlarla sahibkarlar arasında baş verən ziddiyətə görə nəticədə 15 min hərbçi yeməksiz qalmalı olub.

Qeyd edək ki, əsgər və kursantların qidasına görə borcun yığılıb qalması ilə bağlı əvvəllər də Ukraynanın Müdafiə Nazirliyinin başqa müəssisələrlə analoji problemləri olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar