Hadisə

UAZ çaya düşüb, 3 nəfər xilas olunub

"UAZ" markalı minik avtomobili yolun buzlu olması səbəbindən çaya düşüb.

· Xəbərçi
UAZ çaya düşüb, 3 nəfər xilas olunub
Qubada avtomobil çaya düşüb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonu, Qorxmazoba kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "UAZ" markalı minik avtomobili yolun buzlu olması səbəbindən çaya düşüb. Nəticədə avtomobilin sürücüsü və iki sərnişin köməksiz vəziyyətdə qalıb.

Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşların təhlükəsiz əraziyə çıxmalarına şərait yaradılıb.

Şərhlər