Hadisə

Türməyə daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanıldı

Lənkəran sakininin daxili orqanından sellofana bükülmüş xalis çəkisi 2,258 qram olan mum kütlə aşkar edilib.

· Xəbərçi
Türməyə daxili orqanında narkotik keçirmək istəyən şəxs saxlanıldı
Bakıda cəzaçəkmə müəssisəsinə daxili orqanında tiryək keçirən şəxs saxlanılıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Trend”ə verilən məlumata görə, iyulun 25-də Xidmətin və 15 saylı müəssisənin əməliyyat aparatları tərəfindən keçirilən tədbirlər nəticəsində həmin müəssisədə cəza çəkən 1976-cı il təvəllüdlü Ceyhun Məmmədovun yanına qısamüddətli görüşə gələn qardaşı, Lənkəran rayon sakini Kamran Məmmədovun üzərinə baxış keçirilib. Baxış zamanı Məmmədovun daxili orqanından sellofana bükülmüş xalis çəkisi 2,258 qram olan mum kütlə aşkar edilib.

Qeyd edək ki, Məmmədov Cinayət Məcəlləsinin Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma (317.2.1-ci) maddəsi ilə ittiham olunaraq 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib və həmin müəssisədə cəza çəkir.

Faktla bağlı təhqiqat aparılır.

Şərhlər