Hadisə

Türkiyəyən gedən avtobus Gürcüstanda qəzaya uğradı: azı 20 ölü

Sərnişinlər arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı məlum deyil.

· Xəbərçi
Türkiyəyən gedən avtobus Gürcüstanda qəzaya uğradı: azı 20 ölü
Tiflis-Batumi yolunda iki avtobus toqquşması nəticəsində azı 20 nəfər həlak olub. “Rustavi-2” telekanalını məlumatına görə, Türkiyə istiqamətində yüksək sürətlə hərəkət edən avtobus qarşıdan gələn başqa avtobusla toqquşub. Hadisə Gürcüstanın qərbindəki Quriya rayonunda baş verib.

Şahidlərin sözlərinə görə, içərisində azı 50 nəfər olan avtobuslardan biri zərbədən sonra aşıb. Hadisə yerindən gələn məlumatlara görə, qəza nəticəsində azı 20 nəfər ölüb, sərnişinlərin əksəriyyəti ağır xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara daşınır.

Qeyd edək ki, Azərbaycandan Türkiyəyə gedən avtobuslar da qəzanın baş verdiyi yolla hərəkət edir. Amma Gürcüstan KİV-i avtobusun Türkiyəyə haradan yola düşdüyü, eləcə də, sərnişinlərin vətəndaşlığı barədə heç bir məlumat verməyib. ANSPRESS

Şərhlər