Türkiyədə terrorçular 2 əsgər öldürdü, 10-nu yaraladı
30 İyul 2012 Bazar Ertəsi 05:41
Bölgədə terrorçulara qarşı hərbi əməliyyatların davam etdiyi bildirilir
Türkiyə Hakkari vilayətinin Şemdinli rayonuna bağlı Rüzgarlı və Bağlar kəndlərinin arasında PKK terrorçuları ilə hərbçilər arasında davam edən insidentdə 2 hərbçi şəhid olub, 10 nəfər isə yaralanıb. “Doğan” agentliyinin yaydığı məlumata görə, yaralı əsgərlər Hakkari və Van vilayətlərindəki xəstəxanalara çatdırılıb. Qeyd edək ki, bölgədə terrorçulara qarşı hərbi əməliyyatların davam etdiyi bildirilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Şemdinli rayonu Dərəcik qəsəbəsinin Rüzgarlı və Bağlar kəndlərinin arasında yolu kəsən terrorçulara qarşı əməliyyatlar nəticəsində 15 PKK üzvü zərərsizləşdirilmişdi.




DOSTLARINLA PAYLAŞ:

oyunlar