Bakının Səbail rayonu ərazisində Türkiyə vətəndaşı dünyasını dəyişib. Səbail rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyulun 24-də, saat 15:30 radələrində Cənub körpüsü adlı ərazidə “Azfen” istehsalat sahəsinin həyətində Türkiyə vətəndaşı, 1961-ci il təvəllüdlü Ali Sükü Murat idarə etdiyi yük avtomobilinin sükanı arxasında dünyasını dəyişib.
Hadisə baş verən zaman yük avtomobili dayanmış vəziyyətdə olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Türkiyə vətəndaşı Bakıda sükan arxasında öldü
Hadisə Səbail rayonunda baş verib.




Şərhlər