Türkiyə polisini ayağa qaldıran azərbaycanlılar tutuldu
08 Mart 2014 Şənbə 11:31
Azərbaycanlılar qızları qaçıraraq əvəzində yaxınlarından pul istəyiblər.
Türkiyənin Bayrampaşa rayonunda 2 xarici vətəndaş qaçırılıb. ANS PRESS-in məlumatına görə, hadisə martın birində baş verib. Qaçırılan şəxslər iranlı və türkmən qadınlardır. Qızları qaçıranlar onların müqabilində yaxınlarından pul tələb ediblər.

Həmin şəxslər iranlının əvəzinə yaxınlarından 10 min dollar tələb ediblər. Pulu İstanbulda metro stansiyalarının birində verilməsi və digər stansiyada qaçırılan şəxsin sərbəst buraxılacağı bildirilib. Bu zaman polis əməliyyat keçirib. Keçirilən əməliyyat zamanı İstanbulda iki qadını qaçıran 4 nəfərdən 3-ü tutulub.

Saxlanılanların azərbaycanlı olduğu bildirilir. Əməliyyat zamanı 44 yaşlı M.A, 27 yaşlı E.B, 30 yaşlı T.M və 36 yaşlı Z.H saxlanılıb. Sonradan M.A sərbəst buraxılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar